Qazaxda Gürcüstan vətəndaşını maşın vurub.
Qaynarinfo xəbər verir ki, Rustavi şəhər sakini 1961-ci il təvəllüdlü Gülordova Dato Guryeviç rayon ərazisində yolu keçmək istəyərkən "Mercedes" markalı minik avtomobili tərəfindən vurulub.
Hadisəni törədən sürücü ərazidən qaçıb.
Faktla bağlı araşdırma aparılır.