Xəbər lenti

Qazaxda yol tikintisinə 6.9 milyon manat ayrıldı (SƏRƏNCAM)
Ekonomiks10:40 05.07.2022

Qazaxda yol tikintisinə 6.9 milyon manat ayrıldı (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 6,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.