Avropa Seysmoloji Mərkəzi Qazaxıstanda baş vermiş 2 ardıcıl zəlzələ barədə məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, ötən gün ölkənin şərqində baş verən 4,7 bal gücündə zəlzələdən sonra növbəti təkan qeydə alınıb. Səhər saatlarında Qazaxıstanın eyni ərazisində 4.0 bal gücündə zəlzələ müşahidə olunub. Yeraltı təkanın episentri Təkəli şəhərinin 69 km cənubunda, yerin 1 km dərinliyində yerləşib.