Xəbər lenti

Qazaxıstanda nə baş verir və proseslərin arxasında kim dayanır? - Politoloq
Siyasət09:28 06.01.2022

Qazaxıstanda nə baş verir və proseslərin arxasında kim dayanır? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qazaxıstanda baş verən hadisələrin arxasında Rusiya faktorunun olduğunu görənlər var”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, Azərbaycan siyasətşünasları da bu yöndə konkret mövqe ortaya qoyublar:
"Bu hadisə sosial məsələ olaraq ortaya çıxıb. Bu prosesi birmənalı olaraq idarə edən hansısa ciddi siyasi mərkəzlərin olduğu hiss olunmur. Əlbəttə ki, bu prosesin içində özünün iqtisadi-siyasi maraqlarını güdən şəbəkələrin prosesə müdaxilə etdiyini, hətta böyük maliyyələrin ortaya qoyulduğunu sezmək olur. Düşünürəm ki, bu məsələni nə Rusiya siyasi rəhbərliyi, nə xüsusi xidmət orqanları, nə də Rusiyanın təhlilçiləri başlayan bu hadisəni hesablaya bilmədilər. Əgər hesablasaydılar, bunun üçün qabaqlayıcı tədbirlər görə bilərdilər”.
Politoloq deyib ki, Rusiyanın, xüsusi ilə də Rusiya prezidentinin ən yaxın dostu Nazarbayevə qarşı başlanan bu hadisənin qarşısının ala bilməməsi əslində Rusiyanın böyük qüsuru sayılır:
"Qazaxıstanda baş verən bu hadisələrdən dərhal sonra xalqla anlaşmaq asan başa gəldi. Adətən belə etirazlarda dövlət rəhbərliyi asanlıqla güzəştə getmir. Burada əsas düşündürücü amillərdən biri budur. Ən azından sosial etirazların böyüyərək ümummilli etiraza çevrilib-çevrilməməsi görsənməzkən, Qazaxıstan prezidenti xalqın, demək olar ki, istədiklərini yerinə yetirdi və dərhal Nazarbayevi vəzifəsindən azad etdi. Hansı bu ömürlük bir vəzifə idi. Eyni zamanda bu da yetməmiş kimi bütün televiziyalar qapadıldı. Hiss olundu ki, Nazarbayevin özünə qarşı hakimiyyətin içərisində olan klanlar arasında da münasibət birmənalı deyil. Bu məsələnin içərisində həm də Qazaxıstanda hakimiyyətdə olan klanlar arası mübarizənin təzahürü kimi dəyərləndidrmək olar”.
Natiq Miri hesab edir ki, Qazaxıstanda etirazlar dayanarsa və hökumətin buraxılması ilə camaat razılaşarsa, düşünürəm ki, bu, fundamental olaraq Qazaxıstanın problemini həll etməyəcək:
"Bunun üçün mütləq mənada siyasi və iqtisadi sistemdə təməlli olaraq dəyişikliyə, paralel parlament seçkilərinin keçirilməsinə ehtiyac var ki, həqiqətən də xalqın seçdiyi insanlar parlamentə düşə bilsin. Problemin əslində həlli budur. Ancaq indiki dar çərçivədə düşünmürəm ki, prezident Tokayev bu problemləri həll edə bilsin. Qazaxıstanda təkcə qazaxların çoxluq təşkil etdiyi şəhərlərdə etitraz başlamayıb. Artıq rusların da çoxluq təşkil etdiyi Qazaxıstanın Şimal şəhərlərində, yəni Rusiya ilə həmsərhəd olan şəhərlərdə də ruslar etiraza başlayıb. Bu Qazaxıstan üçün ən böyük təhlükə vəd edir. Çünki bilirsiniz ki, zaman-zaman Rusiya siyasətşünasları, eyni zamanda Rusiya hakimiyyətində olan bəzi məmurlar, hətta prezident Putinin simasında zaman-zaman bu Şimal torpaqlarının Rusiyaya məxsus olduğu haqqında fikirlər səsləndirilib. Ona görə də hər hansı qazaxlar tərəfindən müdafilə olarsa bu Rusiya hərbicilərinin həmin ərazilərə, yəni Qazaxıstanın Şimal şəhərlərinə hərbi müdaxilə bəhanəsi yarada bilər”.
Politoloqun fikirincə, bu baxımdan vəziyyət getdikçə daha təhlükəli şəkil alır:
"Bunu həll etmək üçün mütləq mənada Qazaxıstan cəmiyyəti dövlətin təhlükəsizliyi nöqteyi-nəzərindən ən azından hakimiyyətlə xalq arasında dialoqa başlamağa ehtiyaca var”.
Bahar Rüstəmli