Qazaxıstanda ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirilir.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən
xəbər verir.
27 ildən sonra Qazaxıstan xalqı "Yeni Qazaxıstan" kimi tanınan Konstitusiya referendumuna səs vermək üçün seçki məntəqələrinə yollanır.
Qüvvədə olan Konstitusiyanın 1/3-nin dəyişdirilməsi üzrə səsvermə ölkə daxilində yerli vaxtla saat 07.00-dan başlayıb.
Referendumda iştirak etmək üçün 11 milyon 700 minə yaxın insan qeydə alınıb. Artıq referendum baş tutub. Seçici fəallığı 50%-lik həddi keçib və 7 saatlıq səsvermədə 53,43% təşkil edib.
Qazaxıstan Konstitusiyasına dair referendum ATƏT və Türk Dövlətləri Parlament Assambleyası, eləcə də müxtəlif ölkə, bir neçə digər beynəlxalq təşkilat və 272 müşahidəçi tərəfindən müşahidə olunur.
M.Arif