Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.
Qaynarinfonun məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
"Qəbələ" səfərdə "Şamaxı"nın qonağı olub. Şamaxı şəhər stadionunda keçirilən görüşdə hər iki qolu "Şamaxı"nın futbolçuları vurub. Matçın 60-cı dəqiqəsində Adil Nağıyev topu öz qapısına göndərib. 75-ci dəqiqədə isə Kamran Quliyevin qolu sayəsində Şamaxı təmsilçisi məğlubiyyətdən qurtulub. Başqa qol olmadığından qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Bu nəticədən sonra "Şamaxı" xallarının sayını 3-ə çatdırsa da turnir cədvəlinin sonuncu pilləsində qalıb. Elə 16 xalı olan "Qəbələ" də 5-ci pillədəki mövqeyindən tərpənməyib.
Səbuhi Həsənov