Xəbər lenti

"Qəbələ" braziliyalı legionerlə müqaviləni yenilədi
İdman19:26 01.04.2022

"Qəbələ" braziliyalı legionerlə müqaviləni yenilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ” müdafiəçisi Ruan Renato ilə müqavilə müddətini uzadıb.
 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Braziliyalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2021-2022-ci illər mövsümünün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı daha bir mövsüm "qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.
2021-ci ilin avqustundan "Qəbələ”nin şərəfini qoruyan Renato bölgə təmsilçisinin heyətində keçirdiyi 22 matçda 2 qol vurub.
Səbuhi Həsənov