Azərbaycan Premyer Liqasında XXI turun növbəti görüşü keçirilib.
Qaynarinfo xəbər veritr ki, "Qəbələ" "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.
Hesabı 32-ci dəqiqədə qonaqlardan Merab Giqauri açıb. 47-ci dəqiqədə Omar Hani tarazlığı bərpa edib.
51-ci dəqiqədə "Keşlə"dən Tərlan Quliyev top uğrunda mübarizə zamanı "Qəbələ"nin legioneri Rafael Utziqi vurmağa cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Bu nəticədən sonra xalını 34-ə çatdıran "Qəbələ" 4-cü, 20 xala malik "Keşlə" 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib. Tura bu gün saat 17:15-də başlanacaq "Neftçi" - "Zirə" matçı ilə yekun vurulacaq.