Xəbər lenti

“Qəbələ” Kiprdən heç-heçə ilə qayıdır
İdman18:57 30.07.2015

“Qəbələ” Kiprdən heç-heçə ilə qayıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” UEFA Avropa Liqası III tur ilk matçında Kipr klubu “Apollon”la qarşılaşıb. 

Apasport.az saytının məlumatına görə, təmsilçimiz ilk oyununu səfərdə keçirəcək.

İlk iki mərhələdə keçirdiyi səfər oyunlarında məğlub olan əyalət klubu adadan sərfəli nəticə ilə dönməyə çalışacaq. Həm Tiflisdə “Dinamo”ya, həm də Belqradda “Çukariçki”yə minimal fərqlə yenilən, amma cavab oyununda bunun əvəzini çıxmağa nail olan Roman Qriqorçukun yetirmələri səfərdə ilk reytinq xalını əldə etmək əzmindədi. Keçirdiyi 4 matçın 3-də qol sevinci yaşayan “qırmızı-qaralar” Kiprdə də bunu bacarsa, cavab oyununda üstünlük əldə edə bilər. Təbii ki, qolla yanaşı, nəticə də qənaətbəxş olmalıdı.

İlk qarşılaşma öncəsi “qırmızı-qaralar”da zədəli olan Floreskunun oynaması sual altındadı.

“Qəbələ” həm də kapitan Cavid Hüseynov və Rafael Santosa görə narahat ola bilər. Belə ki, sarı vərəqə limitini doldurmağa yaxın olan hər iki oyunçu növbəti analoji cəzada evdəki oyunu buraxmalı olacaqlar.

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

"Apollon" (Limassol, Kipr) - "Qəbələ" (Azərbaycan) - 1:1

Qol: Kolokoudias, 14 - Cavid Hüseynov, 90+4 (pen.)

Baş hakim: Sergey Boyko

Yan xətt hakimləri: Aleksandr Korniyko, Vladimir Volodin 

Dördüncü hakim: Anatoli Abdula (hamısı Ukrayna)

UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya) 

UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)

Larnaka. "Antonis Papadopulos" stadionu

“Apollon”: 83. Bruno Vale, 2. Elizio, 4. Freyro, 3. Nuno Lopez, 14. Ceyme, 5. Esteban Saketti, 6. Markos Qullon, 10. Aleks, 26. Papulis Fotis, 17. Joao Pedro, 29. Georgias Kolokudias

Ehtiyat oyunçular: 23. İsli Xidi, 27. Anjelis Anjeli, 28. Marius Stilianu, 8. Farli, 42. Kristos Viler, 9. Türam, 19. Quye Avraam

Baş məşqçi: Pedro Emanuel

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 3. Stankoviç, 44. Rafael Santos, 20. Rikardinyo, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vernidub, 21. Arif Daşdəmirov, 11. Asif Məmmədov, 7. Ermin Zek, 10. Dodo

Baş məşqçi: Roman Qriqorçuk

Qaynar.info