Xəbər lenti

"Qəbələ" kubokda I Liqa klubunu çətinliklə məğlub etdi
İdman14:21 19.12.2023

"Qəbələ" kubokda I Liqa klubunu çətinliklə məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, günün ikinci matçında "Qəbələ" I Liqa klubu "İmişli" ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Premyer Liqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. "Qəbələ"nin heyətində 90+3-cü dəqiqədə Mehrac Baxşalı fərqlənib.
"Qırmızı-qaralar" 1/4 finalda "Araz-Naxçıvan"la görüşəcək.