UEFA Gənclər Liqasındakı təmsilçimiz "Qəbələ”nin turnirin I mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyanın "Hayduk” komandasına qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, görüşü Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Arda Kardeşlerə, meydançanın kənarında Mehmet Emin Tugral, Süleyman Özay yardım edəcək. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yeirəcək.
Oyun oktyabrın 4-də, saat 17:00-da Qəbələ şəhər stadionunda təşkil olunacaq.
Səbuhi Həsənov