Qəbələ rayonunda Konqres binasi tikilir. Təməli 2012-ci ilin may ayında Prezident İlhan Əliyev tərəfindən qoyulan Konqres Mərkəzinin tikintisi davam etdirilir.
Qaynar.info-nun EL TV-yə istinadən verdiyi xəbərə görə, Qəbələ şəhərinin şimal hissəsindəki 5 hektar ərazidə inşa edilən ikimərtəbəli Konqres Mərkəzi daxili və xarici görünüşünə və arxetektor qurluşuna görə rayon mərkəzindəki bütün binalardan fərqlənir.Bu ilin iyun ayında təhvil verilməsi planlaşdırılan Mərkəzin binasında hörgü işləri başa çatmaq üzrədir, monolit beton işləri tamamlanıb və hazırda dam örtüyünün metal konstruksiyaları quraşdırılır. Yaxın günlərdə binanın daxilində elektrik və kanalizasiya xətlərinin çəkilişinə və suvaq işlərinə işlərinə başlanılacaq.
İş icraçısı Şahim Ağamaliyevin sözlərinə görə,binada 1200 yerlik konfrans zalı, 350 yerlik restoran və xidməti otaqlar fəaliyyət göstərəcək.Həmçinin, Mərkəzin ərazisində avtomobil böyük dayanacağı da inşa ediləcək.İcraçı şirkətin nümayəndəsinin sözlərinə görə,tikinti işləri yekunlaşdırıldıqdan sonra dizayner işləri üçün Türkiyədən 200 nəfər gətirləcək. Binanın dam örtüyü və mebel dəstləri isə Almaniyada hazirlanır. Mərkəzdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Qeyd edək ki,ümumi sahəsi 8368 kvadratmetr olan mərkəzin inşasında eyni vaxtda 100-ə nəfərə yaxın işçi qüvvəsi və 20-ə yaxın texnika çalışır. Həmçinin, Konqres mərkəzi ilə Qəbələ-Duruca avtomobil yolu arasındakı Qaraçay çayı üzərində uzunluğu 42 metr, eni 22 metr olan körpünün inşası da sürətlə davam etdirilir.