Xəbər lenti

"Qəbələ"dən ilk legioner transferi
İdman12:54 19.07.2021

"Qəbələ"dən ilk legioner transferi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2021-2022-ci illər mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” heyətinə yeni futbolçu qatıb. 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qırmızı-qaralar” yay fasiləsində ilk legioner transferini reallaşdırıb. Kamerunlu qapıçı Kristof Atanqana-Assimba ilə 2 illik müqavilə imzalanıb.
İspaniya vətəndaşlığı da olan 21 yaşlı qolkiper peşəkar karyerasını bu ölkənin klublarında keçirib. Kristof Bilbao "Atletik”i, "Baskoniya”, "Leyoa”, "Somorrostro”, "Arenas de Qetxo” klublarının formasını geyinib.
"Qəbələ” Atanqana-Assimbaya qədər Urfan Abbasov, Məqsəd İsayev və Nicat Mehbalıyevı heyətinə qatıb.