"Qəbələ" İdman Klubu tərəfindən Şahdağ Milli Parkında yerləşən Məyəl dərəsi adlanan ərazidə iməcilik keçirilib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, prezident Fariz Nəcəfovun iştirakı ilə reallaşan iməcilikdə akademiyanın futbolçu, məşqçi və inzibati heyəti yer alıb.
İməcilikdən öncə Fariz Nəcəfov tərəfindən gənc futbolçulara ətraf mühitin qorunmasının və təmizliyə riayət olunmasının önəmi barədə geniş məlumat verilib. Ardınca ərazi tam şəkildə tullantılardan təmizlənib. Ərazidən 60 kisədən artıq tullantı toplanıb. Sahəyə xəbərdarlıq nişanları və zibil çəlləkləri yerləşdirilib