Xəbər lenti

Qəbiristanlıqdan 4 ədəd mərmər güldan oğurladı, bir ay həbsdə yatacaq
Ölkə 15:02 20.01.2025

Qəbiristanlıqdan 4 ədəd mərmər güldan oğurladı, bir ay həbsdə yatacaq

Göygöl rayonunda qəbiristanlıqdan 4 ədəd mərmər gül qabı oğurlayan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Göygöl rayonunda anadan olmuş B.H. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. 

Aparılan araşdırma zamanı B.H.-nın oğurluğu ötən ayın 27-də törətməsi məlum olub. 

B.H. izahatında bildirib ki, Yeni il ərəfəsində içki içib, pulu olmadığı üçün Göygöl rayon qəbiristanlığından oğurluq etmək qərarına gəlib. O, həmin gün içkili halda qəbiristanlıqdan 4 ədədə qara mərmər güldanı qopararaq salafan paketə qoyub. Həmin güldanları sata bilmədiyi üçün yaşadğı evin həyətində saxlayıb. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs bir ay müddətində inzibati tənbeh növündə həbs olunub. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->