
Liviyanın ötən il öldürülən lideri Müəmmar Qəddafi ilə bağlı şok faktlar üzə çıxıb.
Qaynar.info xəbər verir ki, Qəddafinin hərəmxanası ilə bağlı fransız dilində yeni kitab nəşr olunub.
"Qəddafinin hərəmi" adlı kitabda diktatorun yüzlərlə qızı qaçıraraq necə təcavüz etdiyi yazılıb.
Kitabda yazılanlara görə, Qəddafinin qaçırdığı qızlar arasında məktəbli qızlarla yanaşı, toy mərasimlərindən qaçırılan gəlinlər də olub.
Gənc qəz və qadınların Qəddafinin hərəmxanasına necə daxil olmaları ilə bağlı yazılan kitabda 15 yaşlı qızın məktəbdə oxuyarkən necə qaçırıldığı açıq şəkildə yer alıb.
2004-cü ildə baş verən hadisədə Qəddafi məktəbi ziyarət edən zaman bir qız uşağından gül alıb və onu öpüb. Səhəri gün qız anasının gözəllik salonunda işləyərkən biri hərbi formada olan 3 qadın onlara yaxınlaşaraq bildiriblər ki, qız Qəddafiyə yenə gül verməlidir, çünki dünənki hadisə liderin çox xoşuna gəlib.
Anasının etiraz etməsindən sonra qadınlar qızı zorla qaçırıblar. Sonra qız Qəddafinin qarşısında çılpaq soyundurulub. Diktatorun mərilə ona açıq-saçıq geyimlər geyindirilib. Qızın müqavimət göstərməsi Qəddafinin xoşuna gəlməyib və xidmətçilərinə əmr edib ki, qızı tərbiyələndirib yenidən onun hüzuruna gətirsinlər.
Fransız jurnalist Anncik Kojeanın yazdığı kitabda həmin anları danışan qadın deyib: "O anı heç vaxt yadımdan çıxarmaram. Bədənimi ələ keçirdi, fəqət ruhumu da bir xəncərlə dəlik-deşik etdi".
17 yaşında Huda adlı bir qızın həbsdə olan qardaşının öldürüləcəyi ilə təhdid olunaraq Qəddafi tərəfindən zorlanması da bildirilmişdi. Liviyalı nazir və generalların arvadları və qızlarının da Qəddafi ilə yatmağa məcbur edildiyi bildirilib.
Qaynar.info