Xəbər lenti

Qəddafinin oğlu məhkəmə qarşısında
Dünya07:00 19.09.2013

Qəddafinin oğlu məhkəmə qarşısında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Liviyanın paytaxtı Tripolidə bu ölkənin keçmiş prezidenti, Liviyanı 40 ildən çox idarə etmiş Müəmmər Qəddafinin oğlu Seif əl-İslamın və devrilmiş hökumətə yaxın olmuş 38 nəfərin məhkəməsi başlayıb.
APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, həmin şəxslər 2011-ci il fevralın 17-də baş vermiş inqilab zamanı insanlığa qarşı cinayətlər törətməkdə ittiham edilir.
 
Bundan əvvəl S. əl-İslamın vəkili onun Haaqada yerləşən beynəlxalq cinayət məhkəməsində mühakimə olunmasını tələb edib. Onun sözlərinə görə, S. əl-İslamı Liviyadan ekstradisiya etməsələr, o, edam oluna bilər.
 
İttiham olunan şəxslər arasında Liviya xüsusi xidmət orqanının keçmiş rəhbəri Abdalla əs-Sənussi də var.
 
Qeyd edək ki, S.əl-İslam qiyamçılar tərəfində 2011-ci ilin noyabrında yaxalanıb. Həmin gündən o, həbsdə saxlanılır. 

Qaynar.info