Dünən İstanbulda episentri Silivridə olan zəlzələdən sonra Qənddilli rəsədxanasından çöx əhəmiyyətli açıqlamalar verilib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, rəsədxananın rəhbəri professor-doktor Haluk Özənər zəlzələnin, onun fəallığının hansı istiqamətə doğru yönəldiyini və nə demək olduğunu yaxından müşahidə etdiklərini deyib.
Rəsədxana müdiri açıqlamasında bu fikirlərə yer verib:
"Son 30 ilə nəzər salsaq görərik ki, 4 və 4.5 ballıq zəlzələlər əsasən şərq və qərb seqmentlərində baş verir. Orta seqment 1766 zəlzələnin olduğu yerdir. Dünəndən bəri 200-dən çox təkan qeydə almışıq. Diqqətinizi son 4 zəlzələyə yönəltmək istəyirəm. 5.7 ballıq və sonrakı zəlzələlər əsasən ocaqlardan şimaldakı zəlzələlərdir. Sonrakı bəzi zəlzələlərə nəzər saldıqda, təkanların cənuba doğru istiqamətləndiyini görürük. Beləliklə, "Qəndilli” olaraq, bizim edəcəyimiz iş ocaqları izləmək və inkişafını müşahidə etməkdir.
5.7 ballıq dünənki zəlzələ də yenə şimalda baş verdi, ondan sonrakı təkanların biri əsas ocaqda baş verəndir. Bir an dayanmadan zəlzələnin fəaliyyətini, hansı tərəfə yönəldiyini izləyirik.
450 müşahidə məntəqəmiz var. Müxtəlif müşahidə üsulları var. Biz sadəcə seysmoloji müşahidələr aparmırıq. Bu səbəbdən "Qəndilli” Türkiyədə həftə boyu 24 saat müşahidə apara bilən son texnoloji imkanlara malik nadir, hətta tək qurumdur. 250 fərqli texnika ilə müşahidə aparırıq. Hər kəs öz üstünə düşəni etməlidir. Zəlzələ reallığını daima ağlımızın bir küncündə saxlamalıyıq. Hər kəsin görə biləcəyi tədbirlər var.
Mərmərədəki zəlzələlərin 7 bal gücündə və ondan da çox olacağı elmi reallıqdır. 5.7 ballıq zəlzələ oldu. Mərmərədə təhlükənin olmadığını söyləmək doğru deyil. Kaş ki, bunu demək elə asan olaydı. Kaş ki, zəlzələlər heç olmayaydı. Bir anı qaçırmadan müşahidə aparılmalıdır. Türkiyədə müxtəlif qaynaqlarımız var. Təxminən 15 il əvvəl Mərmərədə dəniz dibi müşahidə məntəqəsi qurduq. Mərmərədə 15 belə məntəqəmiz var”.
"Zəlzələnin miqyası və nə zaman olacağı və ya olmayacağı haqda ictimaiyyət qarşısında müzakirə edilməməlidir. Enerji toplanır və çıxacaq da. Bir zəlzələnin də sonuna yaxınlaşırıq, ancaq nə vaxt baş verəcəyini demək mümkün deyil. "Filan saatda, filan gündə baş verəcək” kimi mövzuları vətədaşların gündəmindən çıxarıb, sadəcə, zəlzələ reallığını qəbul etmələri lazımdır. Deyə bilərəm ki, get-gedə o sona yaxınlaşırıq, ancaq bir də təkrarlayıram ki, vaxt vermək mümkün deyil”, - rəsədxana rəhbəri əlavə edib.
Alpər