Xəbər lenti

Qənirə Paşayeva sabah kitab paylayacaq - FOTO
Ölkə13:14 30.05.2013

Qənirə Paşayeva sabah kitab paylayacaq - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) 31 may – Ümumdünya Tütünlə Mübarizə Günü münasibətilə minlərlə gənc insana bütün dünyada məhşur olan “Siqaretdən asan xilas olmanın yolu" kitabını Azərbaycan dilində hədiyyə edəcək.

Qaynar.info məlumatına görə, birliyin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşdirdiyi layihə çərçivəsində bütün dünyada tanınmış mütəxəssis, siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur “Siqaretdən asan xilas olmanın yolu" kitabı geniş ictimaiyyətə təqdim olunacaq. Təqdimatda Gənclər və İdman nazirliyi, Təhsil nazirliyi, Səhiyyə nazirliyi, gənclər təşkilatları nümayəndələrinin, gənclərlə işləyən mütəxəssislərin, uyğun dövlət orqanları və KİV təmsilçiləri iştirak edəcək.

Birlik Azərbaycanda gənclərin həm mənəvi, həm fiziki baxımdan sağlam əhval-ruhiyyədə böyüməsi üçün dövlətin, şəxsən dövlət başçısının həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək, bir qeyri-hökumət təşkilatı olaraq, bu layihə ilə, kitabla və tədbirlərlə müvafiq dövlət siyasətinə töhfə verilmiş olacağına, kitabın siqaretdən əziyyət çəkən hər kəs üçün maraqlı və gərəkli olacağına inanır.

Sözügedən kitab dünyada öz mövzusu üzrə ən populyar kitablardan biri olub, ayrı-ayrı dillərdə bir neçə dəfə çap olunub. Azərbaycanda ilk dəfə nəşr edilən əsər, istər siqaretdən xilas olmanın metodikası, istər anlaşıqlı dili, üslubu, istərsə də, ümumən öz elmiliyi ilə diqqətçəkicidir.

Azərbaycanca yayımla bağlı müəllif hüquqularını rəsmən almış ictimai birlik kitabın bu yeni nəşrini,Azərbaycan kitabxanalarına, mədəniyyət və səhiyyə müəssisələrinə, Gənclər Evlərinə, gənclər təşkilatlarına pulsuz paylayacaq.

Bu aksiyaya dəstək göstərən əməkdar artist Tünzalə Ağayevanın konsert proqramı da olacaq.

Qeyd edək ki, təqdimat mərasimi mayın 31-də, saat 13.30 -da keçiriləcək. Hər kəs dəvətlidir. Qonaqlara kitab hədiyyə olunacaq.

Kitabın redaktoru Bəsti Əlibəyli, məsləhətçiləri Rüfət Əfəndiyev, “önsöz” müəllifi dr. Qənirə Paşayevadır.

Qaynar.info