Xəbər lenti

Qənirə Paşayevadan Şuşa ilə bağlı- TƏKLİF
Ölkə07:20 05.04.2013

Qənirə Paşayevadan Şuşa ilə bağlı- TƏKLİF

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Deputat Qənirə Paşayeva İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən II Dünya Türk Forumunda çıxış edib. Qaynar.info-nun məlumatına görə, deputat çıxışında qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə Azərbaycan və Türkiyənin, bütün türk dövlət və toplumlarından olan diaspor təşkilatlarının birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Qondarma erməni soyqırımının 100 illiyində erməni lobbisinin böyük səylər göstərəcəyini deyən deputat Ermənistanın işğalı altında olan Şuşa şəhərinin 2015-ci ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan olunmasını təklif edib: “Bu, bütün türk dünyasının dünyaya çox önəmli və böyük əhəmiyyət daşıyan mesajı olardı”.