Xəbər lenti

Qərb və Şimal bölgəsinin qazı kəsilib
Ölkə08:47 29.07.2013

Qərb və Şimal bölgəsinin qazı kəsilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saat 18:00-da əhaliyə təbii qazın verilməsi bərpa ediləcək


İyulun 29-da saat 10:00-dan "Tovuz" və "Xaçmaz" Qazpaylayıcı stansiyaları, "Pirallahı-Qala" qaz kəmərində, saat 11:00-dan 17:00-dək isə "Xudat" və "Yalama" Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılıb. Bu barədə Qaynar.info "Azəriqaz" İstehsalat Birliyinin saytına istinadən məlumat verir. Fasilə təmir işlıri ilə əlaqədardır və saat 18:00-da əhaliyə təbii qazın verilməsi bərpa ediləcək.

Təmir işləri aparılan müddətdə Xaçmaz rayonuna, Tovuz şəhərinə, Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bir hissəsinə, Qala qəsəbəsinin Zeytunluq adlanan yaşayış sahəsinə, Dübəndi və Xaşaxuna bağ massivlərinə, həmçinin Gürgan yaşayış massivinə təbii qazın verilməsində fasilələr yaranacaq.


Qaynar.info