Xəbər lenti

Qətər təsdiqlədi: Kiber hücumu BƏƏ təşkil edib
Dünya06:46 21.07.2017

Qətər təsdiqlədi: Kiber hücumu BƏƏ təşkil edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qətər daxili işlər nazirliyi Qətər Xəbər Agentliyinə edilmiş kiber hücumun Birləşmiş Ərəb Əmirliklərindəki iki adresdən edildiyini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qətər höküməti Dohada keçirilən mətbuat konfransı ilə bu barədə məlumat verib və hücumun necə edildiyi video slaydla mərhələlərlə təqdim edilib. Bildirilir ki, hücumu gizlətmək üçün xüsusi proqramlardan istifadə edilib. 

Qətər höküməti iddia edir ki, 22 apreldə start götürən hazırlıq prosesi 23 mayda kiber hücumla nəticələnib. Hadisəni araşdıran komissiyanın sədri Əli Məhəmməd Əl Mühəndi bildirib ki, Qətərə qarşı koalisiyada iştirak edən ölkələrin bu hücumdan xəbərləri olub və əvvəlcədən planlaşdırılıb, bu səbəbdən də hadisəni törədən şəxslərin kim olduğunu müəyyənləşdirmək mümkünsüzdür. 

Qeyd edək ki, qısa müddət əvvəl ABŞ-ın "Washington Post" qəzeti kiber hücumun BƏƏ tərəfindən törədildiyini iddia etmişdi.

Kiber hücum nəticəsində Qətər Xəbər Agentliyində İranı dəstəkləyən fikirlər səsləndirilmiş, ABŞ və bəzi ərəb ölkələri əleyhinə mövqe irəli sürülmüşdü. 

Gülşən

Qaynarinfo.Az