Xəbər lenti

Qətliamın peyk görüntüləri - Dəhşət
Dünya18:31 15.01.2015

Qətliamın peyk görüntüləri - Dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nigeriyada “Boko Haram” təşkilatının Baxa qəsəbəsini xəritədən silərək həyata keçirdiyi qətliamın detalları təşkilatdan qaçanların söylədikləri ilə gün üzünə çıxır.

Qaynar.info Publika.az-a istinadən xəbər verir ki, “Guardian” qəzetinin əməkdaşı Monika Mark qətliamdan xilas olanlarla danışıb.

İnsanlar hücumun olacağından kimsənin xəbər tutmadığını, təşkilat üzvlərinin ilk olaraq Nigeriya ordusunun əqgərləri hesab etdiyini deyib. Şahidlərdən biri “beş kənd keçdim, beşi də yalnız cəsədlə dolu idi” söyləyib.  deyir. Digər bir şahid isə öldürülənlər arasında uşaq dünyaya gətirən bir qadının da olduğunu bildirib.

“Boko Haram” təşkilatının hücumuna məruz qalan bölgələrin peykdən çəkilən görüntüləri isə qətliamın dəhşətli olduğunu və ölü sayının açıqlanan rəqəmdən, yəni 2 mindən daha çox olduğunu göstərir. Təhlükəsizliyin kifayət qədər təmin olunmaması Nigeriyanın şimal-şərqində “Boko Haram”ın əlinə keçən bölgələrə beynəlxalq müşahidəçilər və jurnalistlərin daxil olmasını çətinləşdirir.

Qaynar.info