Xəbər lenti

Qəzaya düşənlərin kimliyi bilindi - YENİLƏNİB
Ölkə11:09 30.05.2014

Qəzaya düşənlərin kimliyi bilindi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Ağdaş-Qaravəlli yolunda Ləkiyə yaxın ərazidə dəhşətli qəza baş verib.

"Qafqazinfo" xəbər verir ki, Ağdaş Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, məzunlar olan mikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşub.

Qəzada 3 nəfərin öldüyü bildirilir. 8 nəfər isə ağır xəsarət alıb. Yevlax rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alanların vəziyyəti ağırdır.

***

Ağdaş-Qaravəll yolunda baş verən dəhşətli qəzada ölən və yaralananların adları məlum olub.

Yevlax Rayon Mərkəzi xəstəxanasının baş həkimi İlhamil Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, ölən və xəsarət alan şəxslərin əksəriyyəti qohum olub.

Xəsarət alanlar bunlardır: Ağstafa rayon Qırlı kənd sakinləri: 1985-ci il təvəllüdlü Məsiyev Səxavət İlyas oğlu, 1993-ci il təvəllüdlü Məsiyev Şükanə İlyas qızı, 1978-ci il təvəllüdlü, Məsiyev Səxavət İlyas oğlu, 2013-cü il təvəllüdlü Məsiyev Xanım Səxavət qızı, 2014-cü il təvəllüdlü Məsiyev İbrahim Səxavət oğlu, Ucar rayonu Məlikballı kənd sakini 1996-cı il təvəllüdlü Nuriyev Aqil Həşim oğlu, Qazaxa rayon sakini 1968-ci il təvəllüdlü Quliyeva Zemfira İdris qızı, Ağstafa rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Vahid Zahid oğlu. 

İ.Quliyevin sözlərinə görə, hazırda yaralıların vəziyyəti normalıdır.

Ağstafa rayon Qırlı kənd sakini, 2012-ci il təvəllüdlü Məsiyeva Fəridə Səxavət qızı hadisə yerindəcə dünyasını dəyişib. Ondan başqa bir qadın və bir kişi ölüb. Onların cəsədləri birbaşa morqa aparıldığına görə, adları hələlik məlum deyil. Ehtimal olunur ki, ölən kişi və qadın Məsiyeva Fəridə Səxavət qızının valideynləridir.

Xatırladaq ki, Ağdaş-Qaravəll yolundamikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşub. 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Qaynar.info