Xəbər lenti

Qəzzafinin milyardları axtarılır – Fantastik rəqəmlər
Dünya14:14 15.01.2017

Qəzzafinin milyardları axtarılır – Fantastik rəqəmlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2011-ci ildə qətlə yetirilən Liviyanın sabiq lideri Müəmmər Qəzzafinin ölümündən sonra 168 milyard dollar varidatı qaldığı iddia edilir. Hətta ABŞ-ın aidiyyəti orqanları guya həmin pulları Liviya xalqına qaytarmaq məqsədilə uzunmüddətli araşdırmalar aparıblar. 
BMT-nin qanunlarına görə, qətlə yetirilən diktatorlara aid sərvət ondan sonrakı hakimiyyətə təhvil verilməlidir. Odur ki, 2011-ci ildə Qəzzafi rejiminin süqutundan sonra Liviyada qurulan keçid hökuməti başda ABŞ və İngiltərə olmaqla bir çox ölkələrə bununla bağlı sorğu göndərib.
Qaynarinfo.Az Moderator.az-a istinadən xəbər verir ki, hökumətin ehtimallarına görə, Qəzzafinin bu məbləğdəki milyardları aşağıdakı xarici ölkələrə daşınıb:
ABŞ - 31 milyard dollar;
Fransa -17 milyard dollar;
İngiltərə - 13 milyard dollar;
İsveçrə - 12 milyard dollar;
İtaliya - 11 milyard dollar;
Hollandiya və Kanada - hər ikisində 8 milyard dollar;
Almaniya -7 milyard dollar;
Avstraliya və Dubay – hər ikisində 5 milyard dollar.
Qeyd edək ki, Liviyanın yeni hökuməti aşkar edilən və dondurulan vəsaitlərdən heç birini bu vaxta qədər geri ala bilməyib.
Qaynarinfo.Az