Xəbər lenti

Qırğızıstan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi
Siyasət 21:21 05.08.2022

Qırğızıstan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi

Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb.

Qaynarinfo-nun məlumatına görə, bəyanatda deyilir:

"Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->