Xəbər lenti

Qış parkında kütləvi dava: bıçaqlananlar var
Ölkə07:50 07.03.2019

Qış parkında kütləvi dava: bıçaqlananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəsimi rayonunda 6 nəfər arasında kütləvi dava düşüb.
Qaynarinfo-nun azxeber.xom-a istinadən məlumatına görə, hadisə Qış Parkı kimi tanınan ərazidə baş verib.
Belə ki, 19 yaşlı Eyvazov Muradəli Sidqəli oğlu sevdiyi qıza görə 4 nəfərlə əlbəyaxa dava edib. Davaya M.Eyvazovun qohumu 22 yaşlı Nəsirov Sübhan Sarıbala oğlu da müdaxilə etməli olub.
Lakin mübahisə qanlı sonluqla bitib. M.Eyvazov və S.Nəsirov bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.