Xəbər lenti

Qısamüddətli yağış gözlənilir
Ölkə07:49 21.08.2013

Qısamüddətli yağış gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq
Bakı və Abşeron yarımadasında avqustun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın arabir tutulacağı gözlənilir.
Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq  küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Avqustun 22-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Qaynar.info