Xəbər lenti

Qiyas İbrahimovun istintaqı yekunlaşdı
Ölkə16:36 19.08.2016

Qiyas İbrahimovun istintaqı yekunlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən Qiyas İbrahimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, gələn həftə cinayət işi məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barələrində olan cinayət işi ayrılıb.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir. 

Qaynarinfo.Az