Hindistan, İsrail, ABŞ və BƏƏ-dən ibarət "Qərbi Asiya Dördlüyü” birliyi meydana gəlir.
Bu barədə Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir.
Hindistan, İsrail, ABŞ və BƏƏ biznes və diplomatik əlaqələri gücləndirmək üçün bir araya gəlir. Bu ölkələrin dövlət və hökumət başçılarının ilk görüşü – "Qərbi Asiya dördlüyü” adlandırılıb. "Dördlük” enerji üçün saxlama anbarları və digər ərzaq dəhlizlərinin yaradılması istiqamətində əməkdaşlıq edəcəklər.
Yeni tərəfdaşlıq yüksək inflyasiya, artan ərzaq və yanacaq qiymətləri və oturuşmuş biznes üsullarını dəyişdirən pandemiya təsirləri ilə getdikcə qeyri-müəyyən olan dünyada iqtisadi və siyasi risklər fonunda qurulur. Zirvə görüşü Baydenin 13-16 iyul tarixlərində İsrail, işğal altındakı İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına səfər turunun ikinci günündə baş tutacaq.
Hindistan hökumətinin verdiyi açıqlamaya görə, yeni qürum su, enerji, nəqliyyat, kosmos, sağlamlıq və ərzaq təhlükəsizliyi kimi qarşılıqlı olaraq müəyyən edilmiş altı sahədə "birgə investisiyaları təşviq etməyi” planlayır. Əməkdaşlıq infrastrukturun modernləşdirilməsinə, sənayelər üçün təmiz enerjinin inkişafına, ictimai sağlamlığın yaxşılaşdırılmasına yönələcək. "Layihələr iqtisadi əməkdaşlıq üçün nümunə ola bilər və iş adamlarımız üçün imkanlar təklif edə bilər”,- bəyanatda deyilir.
Nurlan Hüseynov