Xəbər lenti

Qonaqlığa gedən dostlar faciəvi şəkildə öldü - Azərbaycanda dəhşət
Ölkə14:50 27.10.2016

Qonaqlığa gedən dostlar faciəvi şəkildə öldü - Azərbaycanda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Sabirabad rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Yastıqobu kəndində “Vaz 2121” - “Niva” markalı avtomobil kanala aşıb. 
Nəticədə avtomobildə olan şəxslərdən 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlu və 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb. Daha iki nəfər isə maşından çıxmağa müvəffəq olub və yüngül xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bildirilir ki, avtomobildə olan şəxslər Bakıdan Sabirabadın Yastıqobu kəndinə dostlarının evinə qonaqlığa gedibmiş. 
Qaynarinfo.Az