Xəbər lenti

Qorbaçov məhkəməyə çağırıldı
Ölkə17:20 19.01.2017

Qorbaçov məhkəməyə çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Litva paytaxtı Vilnüsün dairə məhkəməsi keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova 1991-ci il yanvarın 13-də törədilən hadisə ilə bağlı çağırış təqdim edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hakim Aynora Korneliya Matsyaviçene məlumat verib.

Onun sözlərinə görə, çağırış poçt vasitəsilə Qorbaçov Fondunun ünvanına göndərilib.

Qeyd edək ki, 1991-ci il yanvarın 13-də gecə saatlarında sovet ordusunun hərbi texnikası Vilnüsün mərkəzinə yeridilmişdi. Nəticədə 14 nəfər ölmüş, 600-dən çox insan yaralanmışdı.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-20-nə keçən gecə sovet qoşununun Bakıda törətdiyi qırğınlar nəticəsində 133 nəfər şəhid olub, 744 nəfər isə yaralanıb.

Qaynarinfo.Az