Xəbər lenti

Qoşqar Hacıyev dəfn olundu (YENİLƏNİB/FOTO)
Ölkə12:58 11.02.2020

Qoşqar Hacıyev dəfn olundu (YENİLƏNİB/FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprel döyüşlərinin iştirakçısı, qazi Qoşqar Hacıyev əfn olunub.
Qaynarinfo xəbər verir ki, müharibə veteranı Yasamal rayon ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, şəhid ailələri, qazilər və ölkənin tanınan şəxsləri iştirak edib. 
Qeyd edək ki, Qoşqar Hacıyev fevralın 9-da müalicə aldığı "Ege Hospital”da dünyasını dəyişib. 1986-ci ildə Mingəçevir şəhərində anadan olan mərhum Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.
13.47
Hazırda Aprel döyüşlərinin iştirakçısı, mərhum qazi Qoşqar Hacıyevlə vida mərasimi keçirilir.
Bu barədə Qaynarinfo-ya açıqlamasında tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu deyib. 
Heydər Əliyev Məscidində baş tutan mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, şəhid ailələri, qazilər və ölkənin tanınan şəxsləri iştirak edir.
Rey Kərimoğlunun sözlərinə görə, mərhum Qoşqar Hacıyevlə vida mərasimi saat 15.00-da başa çatacaq.
Qeyd edək ki, qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyev fevralın 10-da gecə saatlarında "Ege” hospitalda dünyasını dəyişib.
Bahar Rüstəmli