Xəbər lenti

Qripin Honkonq ştammı nədir və necə yayılır?
Sağlamlıq 14:14 17.12.2025

Qripin Honkonq ştammı nədir və necə yayılır?

"Honkonq qripi əsasən hava-damcı yolu ilə yayılır və ortaq qab-qacaq vasitəsilə də ötürülə bilər". 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko "RİA Novosti"yə bildirib.

Onun sözlərinə görə, yoluxma söhbət, asqırma və yoluxmuş şəxslə yaxın təmas yolu ilə mümkündür. Onişenko qeyd edib ki, yoluxma riski fincan və ya digər ortaq qab-qacaq vasitəsilə də qalır. Baxmayaraq ki, bu, əsas yol deyil.

Akademikin sözlərinə görə, qrip A (H3N2) ştammı təxminən 50 ildir ki, dövriyyədədir və hər il müxtəlif variantlarda qeydə alınır. 

Tibb elmləri namizədi Svetlana Vaxruşeva isə bildirib ki, infeksiyanı onun tez başlaması ilə tanımaq olar: qrip yüksək hərarət və üşütmə ilə müşayiət olunur. Onun sözlərinə görə, xəstəlik 38°C-dən yuxarı temperaturla başlayır. Xəstələrdə üşütmə, əzələ və oynaq ağrıları, şiddətli baş ağrısı, gözləri hərəkət etdirərkən ağrı və quru öskürək hiss oluna bilər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bildirib ki, Honkonq qripi hazırda dominant ştammdır. 

QEYD: Honkonq qripi (yaxud 1968-ci il qrip pandemiyası) - 1968-1969-cu illərdə baş qaldıran və dünya üzrə 1 milyona yaxın insanın ölümü ilə nəticələnən qrip pandemiyasıdır. Bu qrip Influenza A virusunun H3N2 ştammı tərəfindən yaranır. Bu ştamm antigen dəyişikliyi yolu ilə H2N2 ştammından törəyib. İlk dəfə Honkonqda aşkar edildiyi üçün pandemiyaya da məhz bu şəhərin adı verilib.

Bu qripin simptomları 4-5 gün, bəzi simptomlar isə 2 həftəyədək davam edir. Pandemiyanın baş verdiyi 1968-1969-cu illərdə əsasən 65 yaşdan yuxarı şəxslər bu xəstəlikdən vəfat edib.

1968-ci ildə virusa qarşı vaksin xəstəliyin ABŞ-da pik həddə çatmasından bir ay sonra yaradılıb. Həm H2N2, həm də H3N2 pandemik qrip ştammları quş qripi viruslarının genlərini daşıyır. Yeni alt növlər quş və insan qripi virusları ilə yoluxmuş donuzlarda yaranıb və tezliklə insanlara keçib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->