Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rəfael Qrossi bildirib ki, İran nüvə obyektlərində müşahidə kameralarını danışıqları gecikdirib.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər
verir.
Baş direktor iyunun 9-da keçirdiyi mətbuat konfransında İranın nüvə obyektlərində 27 kameranı söndürdüyünü və bununla da danışıqlara "ölümcül zərbə" vudruğunu qeyd edib.
"Bu beynəlxalq təşkilata da aid olan onlayn zənginlik ölçən və sərfölçən (OLEM) cihazının fəaliyyəti dayandırılacaq”, deyə Qrossi bildirib.
Onun sözlərinə sözlərinə görə, Tehran, Natanz və İsfahan da daxil olmaqla İranın müxtəlif bölgələrində yerləşən bu müşahidə kameralarının söndürülməsi ilə İranda nüvə fəaliyyətlərini qeyd etmək üçün MAQATE-yə məxsus ancəq 40 kamera qalıb.
Qeyd edək ki, İran MAQATE-nin qətnaməsini sərt tənqid edib və buna qarşılıqlı cavab veriləcəyini elan edib. Bu barədə öləkənin Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib: "ABŞ və üç Avropa ölkəsi səhv hesablamaya və dezinformasiyaya əsaslanan qətnaməni irəli sürüb. Dünən MAQATE-nin etibarı sual altına düşüb. Bu qətnamənin müəllifləri nəticələrə görə birbaşa məsuliyyət daşıyır".
M.Arif