Xəbər lenti

Qroznıda kilsəyə hücum: 2 polis əməkdaşı həlak oldu
Dünya19:15 19.05.2018

Qroznıda kilsəyə hücum: 2 polis əməkdaşı həlak oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çeçenistanın paytaxtı Qroznıda kilsəyə basqın olub.
Qaynarinfo xəbər verir ki, kilsədə ibadət edən insanları girov götürmək istəyən 4 silahlı şəxs məhv edilib. 
Hadisə nəticəsində DİN-in Saratov vilayəti üzrə Baş İdarəsinin 2 polis əməkdaşı da həlak olub. Bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov məlumat verib.
Kadırov silahlıların Qərb ölkələrindən birindən təlimat aldığını deyib: "Hazırda zərərsizləşdirilən silahlıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür, ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb".