Xəbər lenti

Quantanamo həbsxanasında saxlanılan əsrlərin sayını açıqlandı – FOTOLAR
Dünya06:45 18.01.2017

Quantanamo həbsxanasında saxlanılan əsrlərin sayını açıqlandı – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Müdafiə Nazirliyi Quantanamo həbsxanasında saxlanılan əsrlərin sayını açıqlayıb.

“Pentaqon” hazırda Quantanamo həbsxanasında 45 nəfər əsirin saxlanıldığını bəyan edib.

Məlumatda deyilir ki, Quantanamo həbsxanasında saxlanılan daha 10 əsir Omana ekstradisiya edilib. Hazırda bu həbsxanada 45 nəfər əsir saxlanılır.

Qeyd edək ki, Barak Obama ABŞ prezidenti seçilərkən Quantanamo həbsxanasını bağlayacağını vəd etmişdi. Ancaq onun dövründə bu, mümkün olmadı.

Ağ Evin sözçüsü Coş Ernest keçirdiyi son mətbuat konfransında bəyan edib ki, Quantanamo həbsxanasının bağlanılması mümkünsüzdür:

“Quantanamo həbsxanasını bağlamaqla hədəfimizə çata bilmərik. Ona görə də bu həbsxananı bağlamaq niyyətimiz yoxdur”.

Qaynarinfo.Az