Xəbər lenti

Quba yolunda qəza: Ölən var
Ölkə13:59 27.08.2014

Quba yolunda qəza: Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Quba yolunda yol qəzası baş verib.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı-Quba yolunun 35-ci kilometrliyində "Hyundai" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub. Dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobilinin sürücüsü 1957-ci il təvəllüdlü İbrahimov Aslan İzafət oğlu aldığı bədən xəsasrətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə A.İbrahimovun meyitini avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. 
Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Qaynar.info