Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun girov müqabilində həbsdən buraxılması ilə bağlı vəsatətə baxılıb.
"Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova vəsatətini əsaslandırıb.
Vəkil deyib ki, müvəkkili səhhəti ilə bağlı narahatlıq keçirir. Onun həbsdə qalması daha yaxşı müalicəsi üçün əngəl yaradır. Məhkəmə vəsatəti əsassız hesab edib, Q.İbadoğlunun həbsinin davamına qərar verilib.
Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Şərhlər