Xəbər lenti

Qubad İbadoğlu bəyanat yaydı
Siyasət09:14 28.09.2014

Qubad İbadoğlu bəyanat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ruhdan düşməyin və qətiyyən mübarizədən məğlub çıxdığımızı düşünməyin!"

Sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayında başqan seçkilərindən məğlub ayrılan Qubad İbadoğlu bəyanatla çıxış edib. 

Qubad İbadoğlu yaydığı bəyanatda bildirib: "Müsavat Partiyası başqanlığına yarışda mənə dəstək verən bütün partiyalı və partiyasız dostlarıma təşəkkür edir, onların dəstəyini Azərbaycan cəmiyyətinin 10 illərdir təşnə olduğu demokratiyaya, azadfikirliliyə, islahatlara və müsbət dəyişikliklərə verilən dəstək kimi dəyərləndirirəm".

"Seçki kampaniyasında fəallıq nümayiş etdirən, səsini məndən əsirgəməyən fədakar müsavatçı qardaş və bacılarım! Ruhdan düşməyin və qətiyyən mübarizədən məğlub çıxdığımızı düşünməyin! 

Məqsədimiz Müsavatı bu mübarizədən qalib çıxarmaq idi. Bizim mübarizəmiz mənafe yox, məfkurə mübarizəsidir! 

Mücadiləmiz davam edir!", - deyə bəyanat bu fikirlərlə bitir. 

Qubad İbadoğli başqan seçkilərində 200 səs, yeni başqan Arif Hacılı isə 228 səs qazanmışdı.  

Qaynar.info