Xəbər lenti

Qubad İbadoğlu rəsmən namizəd oldu
Siyasət10:29 12.09.2014

Qubad İbadoğlu rəsmən namizəd oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadçı Qubad İbadoğlu sentyabrın 12-də Müsavat başqanlığına namizədliyini rəsmiləşdirib.
O bu haqda mətbuat konfransında açıqlama verib, eləcə də seçki platformasın açıqlayıb. Seçki platforması “8 addımla 2018-ə” adlanır.
Müsavat başqanı partiyanın sentyabrın 27-də keçiriləcək qurultayında seçilməlidir.
Partiyada seçki prosesi avqustun 28-dən başlayıb.
Qubad İbadoğlu 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və onun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. 1996-cı ildən Müsavat Partiyasının üzvüdür.
Qaynar.info