Xəbər lenti

Qubad İbadoğludan çağırış - Natiq Cəfərliyə görə
Ölkə12:34 13.08.2016

Qubad İbadoğludan çağırış - Natiq Cəfərliyə görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ADR Hərəkatının sədri Qubad İbadoğlu REAL Hərəkatı sədrinin təşkilati məsələlər üzrə katibi Natiq Cəfərlinin həbsinə münasibətini açıqlayıb.
Qaynarinfo.Az xəbər verir ki, Q.İbadoğlu bu həbsi müstəqil düşüncə sahiblərinə qarşı atılmış addım kimi dəyərləndirib:
“İqtisadçı dostumuz Natiq Cəfərlinin həbsini onun alternativ və tənqidi firkirləri, fəal ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirirəm. Hesab edirəm ki, bu yalnız ona deyil, bütövlükdə müstəqil düşüncə sahiblərinə qarşı atılan növbəti addımdır. Odur ki, bu həbsi pisləyir, Natiq Cəfərlinin həbsdən azad edilməsi üçün bütövlükdə demokratik düşərgəni, ilk növbədə də müstəqil iqtısadçıları həmrəyliyə dəvət edirəm”.
Qaynarinfo.Az