Xəbər lenti

Qubada sel suları körpünü apardı
Ölkə19:35 28.05.2019

Qubada sel suları körpünü apardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qubanın Tülər kəndinə yağan güclü yağış fəsadlara səbəb olub.
Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi xəbərə görə, kənd ərazisindən keçən  Ağçay çayı üzərində tikilən keçid körpüsünü sel suları aparıb. 
Quba rayon İcra Hakimiyyətinin Tüləkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədhüseynovun  verdiyi məlumata əsasən, kəndlə əlaqə kəsilməyib. Avtomobillər alternativ yoldan istifadə edərək rayon mərkəzinə gedib-gələ bilirlər:
"Güclü yağış səbəbindən çayda suyun səviyyəsi çoxalıb. Borulardan ibarət olan körpünü su aparıb. Lakin gediş-gəlişdə çətinlik yoxdur. Körpünün bərpası üçün suyun səviyyəsinin azalmasını gözləyirik”.