
Qubada kütləvi soyqırımı məzarlığında abidə kompleksinin tikintisi qurtarmaq üzrədir.
Bu barədə Modern. az-a açıqlamasında 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş Yevda Abramov bildirib. “Artıq abidə kompleksində tamamlama işləri başa çatır. Bölgədə istismara veriləcək 30 obyektin içərisinə muzey də salınıb. Sadəcə son zamanlarda olan yağışla əlaqədar tikinti işləri bir az ləngiyib. Palçığın quruması, kənd yolları bir sıra problemlər yaradıb. Buna baxmayaraq, vaxtında çatdırıb təhvil veriləcək. İyun ayının ilk günlərində Prezident İlham Əliyevin Qubaya səfəri gözlənilir.”
Qaynar.info