Xəbər lenti

Qubada torpaq üstündə baş kəsildi - TƏFƏRRÜAT
Ölkə10:36 12.11.2014

Qubada torpaq üstündə baş kəsildi - TƏFƏRRÜAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qubada iki əmioğlu arasında qan düşüb. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Qəçreş kəndində Amid Hacıyevlə Anar Hacıyev arasında mübahisə baş verib. 

Mübahisə zamanı Amid əmioğlusunu boynundan bıçaqlayıb. Mübahisəyə torpaq bölgüsü səbəb olub.

Belə ki, Hacıyevlər ailəsinin Qəçreş kəndində bir neçə hektar baba torpaqları olub. Onların babaları 2003-də ölən zaman pay torpağını 3 övladı arasında bölüb. Lakin bölgüdən iki qardaşın övladları narazılıq edib. Nəticədə qanlı hadisə baş verib.

Boynu kəsilən Anar Hacıyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Əmioğlusunu qanına qəltan edən Amid Hacıyev isə saxlanılıb. O, tutduğu əməldən peşman olduğunu deyir: “Torpaq mənim idi. Mübahisə yarandı. Əsəbləşdim və vurdum. Çox peşmanam. İndi həmin torpağı da istəmirəm”.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info