Qüds şəhərinin meri Adnan Geys İsrail polisi tərəfindən saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yerusəlim Post" məlumat yayıb.
İsrail hökumətinin Şərqi Qüdsdə yaşayan fələstinlilərə təzyiqi artırmaq üçün bu addımı atdığı bildirilir.
Qeyd edək ki, şəhər meri daha öncə də saxlanılmış və 2 gün sonra sərbəst buraxılmışdı