Xəbər lenti

"Ağabalanı pulsuz buraxdıq" - Azər Əliyev
İdman13:21 05.01.2017

"Ağabalanı pulsuz buraxdıq" - Azər Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının "İnter" klubunun hücumçusu Ağabala Ramazanov "Qarabağ"a keçib. Bununla da "Qarabağ" Elşən Abdullayevdən sonra 2-ci transferini həyata keçirib. Ancaq Ağabala Ramazanovu "Neftçi"yə buraxmayan "İnter"in çempionluq uğrunda yarışda əsas rəqibi "Qarabağ"a güzəştə getməsi maraqlı səslənir. Görünür, "Qarabağ" tərəfinin Bakı klubuna futbolçunun transferi üçün ödədiyi məbləğ çox şirnikləndirici olub.

Qaynarinfo.Az bunu dəqiqləşdirmək üçün "İnter"in yeni prezidenti Azər Əliyevlə əlaqə saxlayıb. Əliyev isə Ramazanovu pulsuz buraxdıqlarını bildirib: "Onun "Qarabağ" klubuna keçməsi xəbəri düzdür. Ancaq biz onu pulsuz buraxmışıq. Bu məsələdə futbolçunun "Qarabağ"a getməkdə həvəsli olması da əsas rol oynayıb".

Qeyd edək ki, FİFA-nın 2 transfer dönəmində futbolçu almaq qadağası olduğundan, "İnter" heyətini yaya kimi qorumağa məhkumdur. Lakin göründüyü kimi, "İnter" əsas heyət üzvünü buraxmalı olub.

Qaynarinfo.Az