Xəbər lenti

"Apple" bu noutbukların istehsalını dayandırır
Ekonomiks21:00 21.07.2016

"Apple" bu noutbukların istehsalını dayandırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Apple" şirkəti 2017-ci ildə "MacBook Air" noutbuklarının sonuncu nüsxəsini buraxa bilər.

Qaynarinfo.Az lent.az-a istinadən bildirir ki, buna səbəb "iPad Pro" ilə bütün zəruri əməliyyatları həyata keçirməyin mümkünlüyüdür.

Ekspertlərin fikrincə, "iPad Pro" bu əməliyyatları "MacBook Air"dən heç də pis yerinə yetirmir.

Gələn il buraxılacaq sonuncu "MacBook Air" noutbuku yeni prosessor və böyük əməliyyat yaddaşı ilə təchiz oluna bilər. "MacBook" və "MacBook Pro" noutbuklarının istehsalı isə davam edəcək.

Qaynarinfo.Az