Xəbər lenti

"Apple"-dan 44 milyard dollarlıq vergi fırıldağı - ŞOK
Ekonomiks08:28 21.05.2013

"Apple"-dan 44 milyard dollarlıq vergi fırıldağı - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Məşhur "Apple" şirkətinin son 4 ildə dövlət büdcəsinə milyardlarla dollar ödəmədiyi ortaya çıxıb. 

Qaynar.info-nun məlumatına görə, bununla bağlı ABŞ Konqresinin Hökumət İşləri və Milli Təhlükəsizlik Araşdırmaları komitəsi hesabat yayıb. Bununla yanaşı "Apple" şirkətinin qanunlara riayət etdiyi də qeyd olunub. 

Komitə ən çox şirkətin irlandiyada fəaliyyət göstərən törəmə şirkətlərinə diqqət yetirib. Həmin şirkətlərdən biri heç bir ofisi və işçisi olmadan 2009-2012-ci illərdə 30 milyard dollar qazanıb. Digər şirkət isə həmin zaman ərzində 74 milyard dollar gəlir əldə edib. Həmin şirkətlər isə gəlir həcminin sadəcə kiçik hissəsinin vergisini ödəyib. Hesabatda bu rəqəmin 0.05 faiz olduğu göstərilib.

Hesabatda həmçinin bildirilib ki, "Apple" İrlandiya və ABŞ-dakı 3 törəmə şirkət yaratmaqla yanaşı 3 il ərzində 44 milyard dollar vergidən yayınmaq üçün Amerikadakı qanun boşluğundan istifadə edib.  

Qaynar.info