Xəbər lenti

"Avro-2020" Bakıda ola bilər
İdman10:50 19.09.2014

"Avro-2020" Bakıda ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Cenevrədə futbol üzrə “Avro-2020”nin oyunlarını qəbul edəcək şəhərlərin adları açıqlanacaq.

Məlumata görə, UEFA-nın İcraiyyə Komitəsinin üzvləri Bakı vaxtilə saat 15:00-da buna aydınlıq gətirəcəklər.

"Avro-2020"nin oyunlarına Bakı ilə yanaşı, Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Sankt-Peterburq (Rusiya), Skopye (Makedoniya), Münxen (Almaniya), Budapeşt (Macarıstan), Yerusəlim (İsrail), Roma (İtaliya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardiffin (Uels) namizədliyi irəli sürülüb. 

Bu şəhərlərdən yalnız 13-ü çempionatın oyunlarını qəbul edəcək.

Qaynar.info